...

4 futbolçu millinin heyətindən kənarlaşdırıldı

İdman Materials 11 Oktyabr 2012 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, baş məşqçi Berti Foqtçun qərarına əsasən, Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti