Azərbaycanın bədii gimnastika üzrə hakimi beynəlxalq ali dərəcə alıb

İdman Materials 26 Noyabr 2012 16:22 (UTC +04:00)
Bədii gimnastika üzrə azərbaycanlı hakimlər Natalya Bulanova və Leyla Qəmbərova növbəti Olimpiya mərhələsi üzrə yeni beynəlxalq kateqoriyalı dərəcə alıblar.
Azərbaycanın bədii gimnastika üzrə hakimi beynəlxalq ali dərəcə alıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bədii gimnastika üzrə azərbaycanlı hakimlər Natalya Bulanova və Leyla Qəmbərova növbəti Olimpiya mərhələsi üzrə yeni beynəlxalq kateqoriyalı dərəcə alıblar.

Beləliklə, Bulanova beynəlxalq kateqoriyalı ali dərəcəyə malikdir. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanlı hakimin milli gimnastika tarixində ilk dəfə olaraq bu dərəcəni əldə etməsi faktı Milli Olimpiya Komitəsinin Bulanovanı ölkədə ən ədalətli hakim seçməsinin doğru olduğunu bir daha təsdiqləyir.

Belə qərar Buxarestdə keçirilən hakimlər üçün qitələrarası kursun yekunları üzrə verilib. Beynəlxalq Bədii Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin təşkil etdiyi seminar ərzində o, yeni qaydalar üzrə praktiki kurs keçib və sınaq imtahanını uğurla verib.

Kursun 119 iştirakçısından yalnız 27-si birinci kateqoriya alıb. Onların arasında Azərbaycan təmsilçisi də olub. Bu kateqoriyaya yiyələnənlər, əsasən, avropalı hakimlərdir. Yalnız 4 nəfər Asiyanı təmsil edib.

Yaxın vaxtlarda birinci kateqoriyalı hakim əldə etdiyi bilikləri öz həmkarları ilə bölüşəcək.

"Dekabrın 6-8-də mən yerli hakimlər üçün seminar keçirəcəyəm. Bu seminarın gedişində bədii gimnastikadakı bütün yeniliklər barədə ətraflı danışacağam. Bu kursu dinləyənlər gələn il martın ortalarında Bakıda keçiriləcək hakimlərin beynəlxalq seminarında iştirak edəcəklər", - Bulanova bildirib.

Qeyd edək ki, Rumıniyadakı seminarın ikinci iştirakçısı Leyla Qəmbərova kursu üçüncü kateqoriya ilə başa vurub. Lakin o, ikinci dərəcəni almaq üçün təkrar imtahan verə biləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti