...

"Qızıl top 2012"-nin finalçıları müəyyənləşib

İdman Materials 29 Noyabr 2012 18:27 (UTC +04:00)
Bu gün Braziliyanın San-Paulu şəhərində "Qızıl top 2012"-yə iddia edən üç finalçının adı müəyyənləşib.
"Qızıl top 2012"-nin finalçıları müəyyənləşib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bu gün Braziliyanın San-Paulu şəhərində "Qızıl top 2012"-yə iddia edən üç finalçının adı müəyyənləşib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, onlar ispaniyalı Andres İnyesta, argentinalı Lionel Messi (hər ikisi "Barselona") və portuqaliyalı Kriştiano Ronaldodur ("Real" Madrid).

Dünyanın ən yaxşı futbolçusu yığma komandaların baş məşqçiləri və kapitanları, habelə jurnalistlərin səsverməsi nəticəsində bəlli olacaq.

Qalibin adı yanvarın 7-də elan ediləcək.

Qeyd edək ki, Messi bu mükafata üç dəfə (2009, 2010, 2011) sahib çıxdığı halda, Ronalda yalnız bir dəfə (2008) "Qızıl top"un qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti