...

"Valensiya"ya yeni baş məşqçi təyin olunub

İdman Materials 3 Dekabr 2012 19:48 (UTC +04:00)
Ernesto Valverde İspaniyanın "Valensiya" klubunun baş məşqçisi vəzifəsinə təyin edilib.
"Valensiya"ya yeni baş məşqçi təyin olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Yunanıstanın "Olimpiakos" komandasının sabiq çalışdırıcısı Ernesto Valverde İspaniyanın "Valensiya" futbol klubunun baş məşqçisi vəzifəsinə təyin edilib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis cari mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Əgər komanda Valverdenin rəhbərliyi altında mövsümün yekununa əsasən Çempionlar Liqasına vəsiqə qazanarsa, onun müqaviləsinin müdddəti uzadıla bilər.

Qeyd edək ki, Valverde bu vəzifədə Maurisio Pelleqrinonu əvəz edib. Hazırda "Valensiya" ölkə çempionatında 18 xalla 12-ci pillədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti