Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamız 9-12-ci yerlər uğrunda oyunda Yunanıstan komandası ilə üz-üzə gələcək.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.