Azərbaycan, Bakı, 17 yanvar /Trend/
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə müxtəlif namizədlərlə AFFA tərəfindən danışıqlar aparılır.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu vəzifəyə namizədlərdən biri, ispaniyalı mütəxəssis Patrisia Qonzales hazırda Bakıda səfərdədir.
Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRo məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitini fiziki hazırlıq və idman elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının kordinatoru vəzifəsində çalışır.
Bu məsələ ilə bağlı danışıqlar davam etdirilir.