...

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya hazırlanır

İdman Materials 30 Yanvar 2013 16:36 (UTC +04:00)
Azərbaycanda "Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiya"nın layihəsi hazırlanıb.
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya hazırlanır

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiya"nın layihəsi hazırlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə ictimaiyyətin müzakirəsinə verilib.

Sənəd Azərbaycanı 2020-ci ilədək dünyada fəal və uğurlu idman dövlətinə çevirmək öhdəliyinin yerinə yetirilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün təşkilatların idman fəaliyyətini bir tam halında birləşdirən strateji istiqamətləri və siyasət prioritetlərini müəyyən edir.

Milli Strategiyanın əsas məqsədi - fiziki, əqli və maddi imkanlarından asılı olmayaraq, ölkədə əhalinin bütün təbəqələri üçün öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə, bununla da həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil və sağlamlıqlarında hərtərəfli uğurlu inkişafa nail olmalarına şərait və imkanlar yaratmaqdan ibarətdir. Eyni zamanda, Milli Strategiyanın məqsədi insan haqları, həmçinin idmana dair beynəlxalq və milli qanunvericiliyi, cəmiyyətin bütün təbəqələrini (sosial qrupları), qabaqcıl dünya təcrübəsini nəzərə alaraq, cəmiyyətin hərtərəfli inkişafına, demokratik ölkə quruculuğuna, Azərbaycanın dünyaya və Avropaya inteqrasiya olunmasının sürətləndirilməsinə, həmçinin onun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etməkdir.

Layihə ilə bağlı təkliflər 1 mart 2013-cü ilədək nazirlik tərəfindən qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti