...

Bakıda polo üzrə Dünya kuboku yarışları keçiriləcək

İdman Materials 9 Fevral 2013 12:58 (UTC +04:00)
Bu ilin setyabr ayında Bakıda polo atçılıq idman növü üzrə Dünya kuboku yarışları keçiriləcək.
Bakıda polo üzrə Dünya kuboku yarışları keçiriləcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

Bu ilin setyabr ayında Bakıda polo atçılıq idman növü üzrə Dünya kuboku yarışları keçiriləcək.

Trend-in məlumatına görə, bunu şənbə günü Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev 2012-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Federasiya prezidenti deyib ki, Azərbaycanda artıq digər atçılıq idman növləri ilə yanaşı, polo at yarışları istiqamətində də müəyyən uğurlara imza atılıb.

Onun sözlərinə görə, bu ilin sentyabrında Bakıda polo üzrə Dünya kuboku yarışları keçiriləcək. Kubok yarışlarında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Argentina və Kanadadan da idmançıların iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti