Azərbaycan, Bakı, 22 fevral /Trend/
UEFA Avropa Liqasında 1/16 finalın təkrar oyunları keçirilib. Trend-in məlumatına görə, oyunlara "Rubin" - "Atletiko" matçı ilə start verilib. Kazan təmsilçisi Moskvada keçirilən oyunda 0:1 hesabı ilə məğlub olsa da, iki görüşün ümumi yekununda bu yarışın son qalibi olan "Atletiko"nu məğlub edərək növbəti mərhələyə adlayıb. "Fənərbaxça" - BATE arasında keçirilmiş iki oyunun nəticəsinə görə isə 1:0 hesabı ilə qalib gələn Türkiyə təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqasının 1/16 finalın təkrar digər oyunlarının nəticələri isə aşağıdakı kimidir:
"Rubin" (Rusiya) - "Atletiko" (İspaniya) - 0:1
"Dnepr"(Ukrayna) - "Bazel" (İsveçrə) - 1:1
"Latsio" (İtaliya) - "Borussiya" (Münhenqladbax, Almaniya) - 2:0
"Genk" (Belçika) - "Ştutqart" (Almaniya) - 0:2
"Kluj" (Rumıniya) - "İnter" (İtaliya) - 0:3
"Metallist" (Ukrayna) - "Nyukasl" (İngiltərə) - 0:1
"Lion" (Fransa) - "Tottenhem" (İngiltərə) - 1:1
"Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)-2:1 (İkinci hssə)
"Bordo" (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna)-1:0
"Çelsi" (İngiltərə) - "Sparta" (Çexiya)-1:1
"Fənərbaxça" (Türkiyə) - BATE (Belarus)-1:0
"Hannover" (Almaniya) - "Anji" (Rusiya)-1:1
"Liverpul" (İngiltərə) - "Zenit" (Rusiya)-3:1
"Olimpiakos" (Yunanıstan) - "Levante" (İspaniya)-0:1
"Styaua" (Rumıniya) - "Ayaks" (Hollandiya)-2:0
"Viktoriya" (Çexiya) - "Napoli" (İtaliya)-2:0