...

Azərbaycan və Yunanıstan güləşin 2020-ci il olimpiadasının proqramından çıxarılmasına qarşı səyləri birləşdirəcəklər

İdman Materials 7 Mart 2013 20:31 (UTC +04:00)
Azərbaycan və Yunanıstan güləş idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ehtimalına qarşı səyləri birləşdirəcəklər.
Azərbaycan və Yunanıstan güləşin 2020-ci il olimpiadasının proqramından çıxarılmasına qarşı səyləri birləşdirəcəklər

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan və Yunanıstan güləş idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ehtimalına qarşı səyləri birləşdirəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Yunanıstan xarici işlər nazirinin birinci müavini Dimitros Kurkulas Azərbaycana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

"Güləş Yunanıstan və Azərbaycan üçün ənənəvi və vacib idman növüdür", - nazir müavini qeyd edib.

Bundan əlavə, Yunanıstan ilk Avropa Olimpiya Oyunlarının keçirilməsində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.

"Yunanıstanın böyük idman yarışlarının keçirilməsində zəngin təcrübəsi var və biz bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq", - Kurkulas deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti