...

Qətər Çempionlar Liqasına oxşar turnirin yaradılacağını təkzib edir

İdman Materials 14 Mart 2013 17:21 (UTC +04:00)
Qətərin idman məmurları UEFA Çempionlar Liqasının bənzəri olacaq Dream Football League-in yaradılacağı barədə məlumatı təkzib ediblər.
Qətər Çempionlar Liqasına oxşar turnirin yaradılacağını təkzib edir

Azərbaycan, Bakı, 14 mart /Trend/

Qətərin idman məmurları UEFA Çempionlar Liqasının bənzəri olacaq Dream Football League-in yaradılacağı barədə məlumatı təkzib ediblər. Bu barədə Trend cümə axşamı "İnterfaks"a istinadən məlumat verir.

Futbol Assosiasiyasının dərc etdiyi xüsusi bəyanatda deyilir ki, Qətər Futbol Assosiasiyası və ölkənin digər futbol təşkilatları bu təşəbbüs barədə heç nə bilmirlər.

Qeyd edək ki, daha əvvəl "The Times" Qətərin dünyanın 24 ən yaxşı komandasının iştirak edəcəyi turnir yaratmaq istəyi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti