...

Ferqyusonu kim əvəz edəcək? (ƏLAVƏ OLUNUB)

İdman Materials 8 May 2013 16:05 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Aleks Ferqyuson 26 ildən sonra baş məşqçi postundan gedəcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü klubun rəsmi saytı xəbər yayıb.
Ferqyusonu kim əvəz edəcək? (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:54-də yayılıb)

Azərbaycan, Bakı, 8 may /Trend/

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Aleks Ferqyuson 26 ildən sonra baş məşqçi postundan gedəcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü klubun rəsmi saytı xəbər yayıb.

Məlumata görə, Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted" son oyununu "Vest Bromviç"ə qarşı oynayacaq.

Qeyd edək ki, Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted" 13 dəfə İngiltərə çempionu olub.

Britaniyanın "Guardian" qəzeti yazır ki, İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisinin adı 48 saat ərzində açıqlanacaq.

Baş məşqçi postuna ən real namizəd kimi "Everton" klubunun məşqçisi Devid Moyes və Madridin "Real" klubunun çalışdırıcısı Joze Mourinyo göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti