...

Azərbaycan hokkeyçiləri Avropa çempionatına yollanır

İdman Materials 10 May 2013 18:12 (UTC +04:00)
Mayın 14-də ölkəmizin 3 hokkey klubu Avropa Kuboku uğrunda turnirə yola düşür.
Azərbaycan hokkeyçiləri Avropa çempionatına yollanır

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 14-də ölkəmizin 3 hokkey klubu Avropa Kuboku uğrunda turnirə yola düşür.

Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlıumat verir ki, kişi otüstü hokkeyçilərdən ibarət "Atasport" və "Akkord" klubları müvafiq olaraq qitəmiqyaslı "Çelenc I" və "Çelenc II" turnirlərində, qadınlardan ibarət "Bakı" klubu isə "Trofi" yarışında iştirak edəcək.

"Atasport" klubu mayın 17-dən 20-dək Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən turnirin "B" qrupunda Uelsin "Vaytçarc", Cəbəllütariqin "Eagles" və Çexiyanin "Pizen Litice" komandaları ilə birgə mübarizə aparacaq. "A" qrupuna isə "Servette" (İsveçrə), "Slaviya Praqa" (Çexiya), "HK Minsk" (Belarus) və Sloveniyanın "Lipovçi" komandaları daxildir. Mayın 17-də həmyerlilərimiz "Eagles", ertəsi gün "Pizen Litice" və mayın 19-da son qrup oyununu "Vaytxarx" klubuna qarşı keçirəcəklər. Turnirin yekununda iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq olaraq "çarpaz" üsulla digər qrupun komandası ilə qarşılaşacaqlar.

"Çelenc II" yarışında "B" qrupunda mübarizəyə qoşulan "Akkord" klubu Yunanıstanın paytaxtı Afina şəhərində yarışacaq. Ölkə çempionunun rəqibləri İsveçin "Partille" (16 may), Slovakiyanın "KPH Raca" (17 may) və Portuqaliyanın "Akademika Espinho" (18 may) komandaları olacaq. Bu yarışda da iştirakçıların tutduqları yekun yerlər mayın 19-da eynilə Praqadakı kimi - "çarpaz" üsulla keçirilən oyunlardan sonra aşkar ediləcək.

Belçikanın Antverpen şəhərində "B" qrupunda yarışacaq qadın otüstü hokkeyçilərdən ibarət "Bakı" klubu isə Avropa Kuboku uğrunda turnirin ilk oyununu mayın 17-də Rusiya təmsilçisi "CSP İzmaylova" ya qarşı keçirəcək. Bir gün sonra xanım hokkeyçilərimiz İngiltərənin "Reading" klubu ilə, ilkin mərhələnin son oyununda isə meydan sahibi "Royal Antverpen" klubu ilə görüşəcəklər. Digər qrupa daxil olan İspaniyanın "Real Sosiedad de Futbol", Belarusun "Viktoriya Smoleviçi", İrlandiyanın "Pailvay Union LHC" və Ukraynanın "MSC Sumçanka" klubları da ilkin mərhələ oyunlarını başa vurduqdan sonra tutduqları analoji yerlərə müvafiq olaraq digər qrupun təmsilçisi ilə qarşılaşaraq yekun yerləri müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti