...

Bədii gimnastika üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazanıb (FOTO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 2 İyun 2013 21:52 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Bədii gimnastika üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazanıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:14-də yayılıb)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bütün diqqətlər finalda 5 halqa ilə çıxış edən Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət qurp tapşırıqları üzrə yunior komandasına yönəlib. Təmsilçilərimiz möhtəşəm nömrə göstərərək, hakimlərdən yüksək qiymət - 16.550 bal alıblar. Bu nəticə kollektivin gümüş medal qazanmasına imkan verib.

Fərdi tapşırıqlarda isə gimnastlarımız 4 finalda çıxış ediblər. Əvvəlcə Marina Durunda halqa ilə tapşırığı yerinə yetirərək, hakimlərdən 17.650 bal alıb və 5-ci olub. Sonra Marina topla hərəkətlərdə 17.700 bal qazanıb. Bu göstərici ilə təmsilçimiz 5-ci yeri tutub.

Lalə Yusifova isə gürzlərlə bəxtini sınayıb. İdmançımız gözəl nömrə göstərərək hakimlərdən 17.350 bal alıb və 7-ci olub. Çempionatı isə finalda lentlə çıxış edən M.Durunda başa vurub. O, bu hərəkətinə görə 17.766 bal alaraq 5-ci olub.

Finalda qalib gələn idmançılar isə rusiyalı gimnastlar - Darya Svatkovskaya (halqa), Yana Kudrvayvtseva (top, gürz) və Marqarita Mamun (lent) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti