...

Koentrao "Benfikaya" qayıtmaq istəyir

İdman Materials 17 İyun 2013 10:40 (UTC +04:00)
Madrid "Real"ının müdafiəçisi Fabio Koentrao Portuqaliyaya qayıtmaq niyyətindədir.
Koentrao "Benfikaya" qayıtmaq istəyir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Madrid "Real"ının müdafiəçisi Fabio Koentrao Portuqaliyaya qayıtmaq niyyətindədir. Bu barədə Trend Goal.com-a istinadən məlumat verir.

25 yaşlı futbolçu "Benfikaya" keçmək istəyir və buna görə əməkhaqqısının azaldılmasına da razıdır.

Daha əvvəl məlumat yayılmışdı ki, "Monako" və "Çelsi" Koentraonun transferinə görə 18 milyon avro ödəməyə hazırdır.

Portuqaliyalının "Real"la müqaviləsi 2017-ci ildə bitir. Koentrao ötən mövsüm 16 oyunda meydana çıxıb, bir qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti