...

Mario Qomes “Fiorentina”ya keçmək istəyir

İdman Materials 25 İyun 2013 09:59 (UTC +04:00)
Almaniyanın “Bavariya” klubunun hücumçusu Mario Qomes karyerasını İtaliyanın “Fiorentina” klubunda davam etdirmək niyyətindədir.
Mario Qomes “Fiorentina”ya keçmək istəyir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Almaniyanın "Bavariya" klubunun hücumçusu Mario Qomes karyerasını İtaliyanın "Fiorentina" klubunda davam etdirmək niyyətindədir. Bu barədə Trend "Goalşcom" saytına istinadən xəbər yayıb.

Artıq 27 yaşlı futbolçu İtaliya klubu ilə şəxsi sazişin şərtlərini razılaşdırıb.

"Fiorentina" Almaniya millisinin futbolçusuna görə 15 milyon avro ödəməyə hazırdır, lakin Münhen təmsilçisi Qomesi 20 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.

Xatırladaq ki, Qomes zədə səbəbindən ötən mövsümün əvvəlini buraxmalı olub. Lakin buna baxmayaraq oyunçu ötən mövsüm 21 oyunda meydana çıxıb, 11 dəfə fərqlənib, 2 dəfə isə qol ötürməsi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti