...

Azərbaycan və Serbiya arasında şahmat sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

İdman Materials 5 İyul 2013 17:19 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Serbiyanın gənclər və idman naziri, qadın qrossmeyster və beynəlxalq şahmat ustası Alisia Mariçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycan və Serbiya arasında şahmat sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Serbiyanın gənclər və idman naziri, qadın qrossmeyster və beynəlxalq şahmat ustası Alisia Mariçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, görüşdə, əsasən, Azərbaycan və Serbiyada şahmat sahəsində əldə olunmuş uğurlar, şahmat oyununun və şahmatçıların inkişafı sahəsində görülmüş tədbirlərə dair müzakirələr aparılıb.

Serbiyalı nazir A.Mariç ölkədə şahmatın inkişafı üçün görülmüş işləri yüksək qiymətləndirərək Azərbaycanın 2015-ci il Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışları uğurla həyata keçirəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, Mərkəzi Bankın sədri və Azərbaycan Şahmat Federasiyasının prezidenti E.Rüstəmov ölkədə şahmatın inkişafının xüsusi diqqət mərkəzində olduğunu qeyd edərək, bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib, ölkədə şahmata yüksək səviyyəli dəstəyin bariz nümunəsi kimi Azərbaycan Prezidenti tərəfindən "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı" haqqında qəbul olunmuş Dövlət Proqramını xüsusilə vurğulayıb. O, həmçinin Azərbaycan və Serbiyanın şahmat sahəsində uzunmüddətli əməkdaşlıq ənənəsinə əsaslanaraq gələcəkdə də sıx əlaqələrin qurulacağına əminliyini qeyd edib.

Görüş zamanı Azərbaycan və Serbiya Şahmat federasiyaları arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti