...

"Qarabağ" növbəti mərhələdə, Lənkəranda "top atəşi", Bakıda faydasız qələbə

İdman Materials 25 İyul 2013 23:01 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
"Qarabağ" növbəti mərhələdə, Lənkəranda "top atəşi", Bakıda faydasız qələbə

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edib. İlk matçda rəqib meydanında 2:0 hesabı ilə məğlub olan Lənkəran təmsilçisi bu dəfə də məğlubiyyətdən yaxa qurtarmayıb.

Oyunun ilk hissəsində israilli futbolçular "Xəzər Lənkəran"ın qapısından 6, ikinci hissəsində isə 2 cavabsız top keçiriblər - Turgeman, 7 (0:1), Katan, 10 (0:2), Rayos, 13-pen (0:3), 62, (0:7), Abuhazira, 26 (0:4), 44, (0:6), Ezra, 41 (0:5), 44 (0:6), Qolasa, 76 (0:8)

Digər təmsilçimiz "İnter" Bakıda Norveçin "Tromse" komandası ilə qarşılaşıb. İlk oyunda rəqibə 2:0 hesabı ilə məğlub olan bakılılar oyunun 77-ci dəqiqəsində Baçana Sxadadzenin qolu ilə önə keçiblər. Lakin "İnter"in bundan artığına gücü çatmayıb. Matç elə bu hesabla da başa çatıb - 1:0.

Beləliklə, "Xəzər Lənkəran" və "İnter" Avropa Liqasında mübarizəni dayandırıblar.

"Qarabağ" isə səfərdə Polşanın "Piast" klubu ilə qarşılaşıb.

Oyunda ilk qol Ağdam təmsilçisindən gəlib - 8-ci dəqiqədə Leroy Corc fərqlənib (0:1). 29-cu dəqiqədə Mateus Matrasın qolu ilə polşalılar hesaba tarazlıq gətiriblər. 36-cı dəqiqədə isə ev sahibləri önə keçməyi bacarıblar - 2:1.

Hər iki oyunun nəticəsinə görə qalib müəyyənləşmədiyindən matçın taleyinə əlavə hissədə aydınlıq gəlib. 108-ci dəqiqədə Uilrix Kapolonqo "Qarabağ"ı növbəti mərhələyə çıxaran qola imza atıb - 2:2.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində İsveçin "Qefle" klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti