Azərbaycan, Bakı, 2 avqust /Trend/
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Trend futbol qurumunun rəsmi saytına istinadən məlumat verir ki, iclasda "Bakı" FK və "Simurq" PİK-in müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin "Simurq" PİK-in baş məşqçisi Georgi Çixradze barədə çıxardığı 30.04.2013-cü il tarixli qərar qismən dəyişdirilsin. Baş məşqçi Georgi Çixradze intizam tədbiri olaraq 6 oyunluq kənarlaşdırılsın, digər 4 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Georgi Çixradze analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. AFFA-nın İntizam Komitəsinin "Bakı" FK-nın futbolçusu Rauf Əliyevlə bağlı qəbul etdiyi 16.05.2013-cü il tarxili qərar qüvvədə saxlanılsın.