...

"Neftçi" klubu Premyer Liqadakı hakim səhvlərindən narahatçılığını bildirib

İdman Materials 20 Avqust 2013 17:16 (UTC +04:00)
Bakının “Neftçi” klubu da Premyer Liqadakı hakim səhvlərindən narahatçılığını bildirib.
"Neftçi" klubu Premyer Liqadakı hakim səhvlərindən narahatçılığını bildirib

Azərbaycan, Bakı, 20 avqust / Trend, müxbir M.Əliyev/

Bakının "Neftçi" klubu Premyer Liqadakı hakim səhvlərindən narahatçılığını bildirib.

"Neftçi" klubunun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, çempionatda cəmi üç tur oynanılıb və artıq dörd klub rəsmən hakimlikdən şikayət edir: "Bunlardan biri də "Neftçi"dir. Hər üç turda qələbə qazansaq da, hakim səhvlərinə rast gəlirik. İlk iki turda iki təmiz qolumuzu saymadılar. Son turda isə "Simurq"la oyunda hakim səhvlərini hamı gördü. Əliyar Ağayev "Simurq"u kobudluğa görə bağışlayırdı. Cəmi bir gün sonra "Qarabağ" - "Xəzər-Lənkəran" oyununu izləyəndən sonra düşündüm ki, yaxşı qurtarmışıq. Elə penalti olar? Rəhim Həsənov göz görə-görə "Xəzər Lənkəran"ı nahaqdan cəzalandırdı".

"Sumqayıt"-"Qəbələ" oyunu barədə isə Abbaszadə bildirib ki, epizodu izləməsə də, "Qəbələ" klubunun etirazlarından xəbəri var: "Buna son qoyulmalıdır".

Xatırladaq ki, Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran" oyununda baş hakim Rəhim Həsənovun, həmçinin "Sumqayıt" - "Qəbələ" oyununda isə hakim Orxan Məmmədovun yol verdikləri səhvlərlə bağlı "Xəzər Lənkəran" və "Qəbələ" klublarının rəhbərliyi PFL-ə etirazlarını ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti