...

"Qarabağ"ın "Ayntraxt"la oyun üçün Almaniyaya getməsində problem yarandı

İdman Materials 27 Avqust 2013 13:31 (UTC +04:00)

Azərbaycan, bakı, 27 avqust /Trend/

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın bu gün Almaniyaya nəzərdə tutulan səfəri təxirə salınıb.

Trend-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna Almaniya hava yollarının bugünkü çarter reysinə icazə verməməsi səbəb olub. Bu səbəbdən "Qarabağ" klubu Frankfurt şəhərinə sabah yola düşəcək.

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti