...

Madridin "Atletiko" klubunun formasında Bakı 2015 Avropa Oyunlarının loqosu yerləşdiriləcək

İdman Materials 3 Sentyabr 2013 12:09 (UTC +04:00)
"Atletiko Madrid" futbol klubunun formasında Bakı 2015 Avropa Oyunlarının loqosu yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Madridin "Atletiko" klubunun formasında Bakı 2015 Avropa Oyunlarının loqosu yerləşdiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Madridin "Atletiko" futbol klubunun formasında Bakı 2015 Avropa Oyunlarının loqosu yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.

O qeyd edib ki, hazırda Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı ilə bağlı plan hazırlanır: "Artıq "Azerbaijan Land of Fire" yazısının yerində "Atletiko" Madrid klubunun formasında Avropa Oyunlarının loqosu yerləşdiriləcək".

Nazir qeyd edib ki, hələki Bakı-2015 Avropa Oyunlarının loqosu hələlik hazırlanmayıb.

A.Rəhimov vurğulayıb ki, Avropa Oyunlarına hazırlıqla bağlı işlər plan üzrə aparılır, qurğuların tikintisi davam edir.

Xatırladaq ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assambleyasında, Avropanın 49 Milli Olimpiya komitəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə, 84% əksər səs çoxluğu ilə təsdiqləyib. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən I Avropa Oyunları 2015-in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə 2015-ci il 28 iyun tarixində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti