...

Almaniyalı forvard "Real"a "yox" deyib

İdman Materials 5 Sentyabr 2013 18:44 (UTC +04:00)
Almaniya millisinin hücumçusu Mario Qomes bildirib ki, yay transfer dövründə Madrid "Real"ından təklif alsa da, bu kluba keçməkdən imtina edib.
Almaniyalı forvard "Real"a "yox" deyib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Almaniya millisinin hücumçusu Mario Qomes bildirib ki, yay transfer dövründə Madrid "Real"ından təklif alsa da, bu kluba keçməkdən imtina edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qomes yalnız İtaliyanın "Fiorentina" komandasında oynamaq istədiyini deyib.

Alman hücumçu bildirib: "Karlo Ançelotti mənimlə maraqlanıb. Bunu eşitmək mənə xoş idi. Bütün ailəm "Real"a azarkeşlik edir. Mən göstərilən marağa görə təşəkkür etdim. Lakin "Fiorentina"nın heyətində çıxış etmək istədiyimi söylədim. Mən "Real" kimi böyük klubda olsa belə, əvəzlənmədən oynamaq istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti