Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Futbol üzrə İspaniya millisinin bir sıra oyunçusu idman direktoru diplomu alıblar.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, onlar İker Kasilyas, Serxio Ramos, Alvaro Arbeloa (hər üçü Madrid "Real"ı) və Raul Albioldur ("Napoli").
Futbolçuların aldıqları diplomlar onlara idman direktoru vəzifəsində işləməyə imkan verir.
Qeyd edək ki, adıçəkilən futbolçular ötən il bu sahə üzrə təlim kursu keçiblər.