...

Dünyanın ən bahalı futbolçusu Ronaldodan öyrənəcək

İdman Materials 17 Sentyabr 2013 19:07 (UTC +04:00)
Madridin "Real" komandasının yeni transferi Qaret Beyl bəyan edib ki, Madriddə olduğuna və Kriştiano Ronaldo ilə birgə oynadığına görə çox xoşbəxtdir.
Dünyanın ən bahalı futbolçusu Ronaldodan öyrənəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Madridin "Real" komandasının yeni transferi Qaret Beyl bəyan edib ki, Madriddə olduğuna və Kriştiano Ronaldo ilə birgə oynadığına görə çox xoşbəxtdir.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, dünyanın ən bahalı futbolçusu hətta Ronaldodan çox şey öyrənmək niyyətindədir.

Onun sözlərinə görə, portuqaliyalı indiyə qədər rast gəldiyi ən mükəmməl oyunçudur: "Mən Ronaldo ilə birlikdə oynayaraq ondan öyrənəcəm. Bu məsələyə hərənin öz fikri var. Zənnimcə, o, dünyanın ən yaxşı futbolçusudur".

Q.Beyl qeyd edib ki, Madridə bir dəfə çağırırlar və bu, dünyanın ən yaxşı və böyük klubudur: "Mən həmişə burada oynamağı arzulamışam və "Real"a keçidimin baş tutması üçün dua etmişəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti