Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə "Xəzər Lənkəran" doğma meydanda "İnter"i qəbul edib.
Matçda ilk qol qonaqlardan gəlib - 11-ci dəqiqədə Matija Spiçiç fərqlənib.
Oyunda başqa qol qeydə alınmayıb - 0:1.
Qeyd edək ki, turun digər oyunları sabah və birigün keçiriləcək.