...

Azərbaycanın millisi FİFA reytinqində sıçrayış edib

İdman Materials 17 Oktyabr 2013 13:17 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli yığma komandası FİFA milli komandaların yeni reytinq siyahısında 19 pillə irəliləyib
Azərbaycanın millisi FİFA reytinqində sıçrayış edib

Azərbaycan, Bakı, 17 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə milli yığma komandası FİFA milli komandaların yeni reytinq siyahısında 19 pillə irəliləyib.

Trend-in məlumatına görə, Azərbaycan yığması reytinqdə 107-ci yerdən 88-ci yerə yüksəlib.

Millinin sıçrayışına Dünya Çempionatı-2014 seçmə mərhələsinin son oyunlarında Şimali İrlandiyaya 2:0 qalib gəlməsi və FİFA reytinqində ilk 20-də qərarlaşan Rusiya yığması ilə 1:1 hesabı ilə heç-heçə etməsi səbəb olub.

Qeyd edək ki, ötən ay Azərbaycanı qabaqlayan Şimali İrlandiyaya 4 pillə geriləyərək 90-cı yerə, Rusiya yığması da 4 pillə geriləyərək 19-cu yerə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti