...

FHN Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən idman yarışlarına davam edir (FOTO)

İdman Materials 29 Oktyabr 2013 14:22 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi silsilə idman yarışlarına davam edir.
FHN Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən idman yarışlarına davam edir  (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi silsilə idman yarışlarına davam edir.

Bu günlərdə keçirilən voleybol çempionatına yekun vurulub. FHN-nin qurumlarından 17 komanda ilə 200-ə yaxın idmançı voleybol çempionatında iştirak edib. Püşkatmanın nəticəsində komandalar 4 qrupa bölünərək mübarizəni davam etdirdilər. Hər qrupdan ən yaxşı nəticə göstərən 2 komanda 1/4 finala vəsiqə qazandı. 1/4 finala keçən 8 komandadan yalnız dördü: Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX), Dövlət Yanğına Nəzarət Xidməti (DYNX), Dövlət Yanğından Mühavizə Xidməti (DYMX) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) yarımfinalda yarışmaq hüququ qazanıblar.

Üçüncülük uğrunda DYNX-DYMX arasında gedən gərgin mübarizəni 2:0 hesabı ilə DYNX qazanıb. Baş hakim Səbuhi Əliyev, eləcə də Kübra Mikayılova, Səadət Həsənova, Fuad Əliyev, Azər Sadıqovun hakimlik etdiyi yarışların final mərhələsində TTNDA və XRXX qarşılaşdı. 3:1 hesabı ilə üstünlüyü ələ alan TTNDA 5 gün davam edən yarışın qalibi olub Fərqələnən ilk 3 komanda kubok, medal, fəxri fərman və hədiyyələrlə təltif olunub.
Ümumilikdə FHN-nin qurumları arasında 4-cü dəfə keçirilən voleybol yarışına fəxri qonaqlar qismində AR Milli Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, XRXX rəis I müavini, general-mayor Məhərrəm Həsənov, FHN Akademiyasının rəis müavini Qəzənfər Bağırov Gənclər və İdman Nazirliyinin nümayəndəsi Kamran Ələkbərov, həmçinin dördqat dünya və on bir qat Avropa çempionumuz Rafael Ağayev və dünya çempionatının gümüş mükafatçısı, şərq döyüş növlərinin ümumdünya oyunlarının qalibi, Avropa çempionumuz Şahin Atamov dəvət olunmuşdu.

Qonaqlar qalibləri mükafatlandırıb və onlara müvəffəqiyyətlər arzulayıblar. FHN İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan çoxnövçülük və güləş yarışlarının da cari ilin sonunadək keçiriləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti