Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Çimrəlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi portuqaliyalı mütəxəssis Jose Miguel Mateusa həvalə olunub.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, çalışdırıcının qarşısına milli komandanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Jose Miguel Mateus arasında görüş keçirilib. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub.