Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Trend-in məlumatına görə, "İnter" öz meydanında "Neftçi"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qolları "İnter"dən Vaqif Cavadov (dubl) və Aleksandr İaşvili vurub.
"Neftçi"dən isə Karlos Kardoso fərqlənib.