...

"Çelsi" Kərim Benzemanı almaq istəyir

İdman Materials 10 Yanvar 2014 11:03 (UTC +04:00)
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub qış transfer pəncərəsinin bağlanmasınadək "Real"ın fransalı oyunçusu Kərim Benzemanı sıralarına qatmağı planlaşdırır.
"Çelsi" Kərim Benzemanı almaq istəyir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

İngiltərənin "Çelsi" komandası hücum xəttini gücləndirmək niyyətindədir.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub qış transfer pəncərəsinin bağlanmasınadək "Real"ın fransalı oyunçusu Kərim Benzemanı sıralarına qatmağı planlaşdırır.

AS-ın yazdığına görə, "Çelsi" Fransa millisinin 26 yaşlı üzvünə görə 25 milyon avro ödəməyə hazırdır.

Benzemanı, həmçinin "Arsenal" da heyətində görmək arzusundadır. Futbolçu özü isə Madrid klubunda rəhbərliyi altında çalışdığı "Çelsi"nin baş məşqçisi Joze Maurinyo ilə yaxından tanışdır.

Benzemanın "Real"la müqaviləsinin müddəti 2015-ci ildə başa çatır. Madrid klubu fransız futbolçuya yeni müqavilə təklif etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti