Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Tanınmış hollandiyalı Klarens Zeedorf İtaliyanın "Milan" futbol klubu ilə müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə komandanın rəsmi "Twitter" səhifəsi yazır.
37 yaşlı mütəxəssis yanvarın 14-də futbolçu karyerasını başa vurduğunu və "Milan" klubunun baş məşqçisi olmaq istədiyini bildirib.
Xatırladaq ki, komandanın əvvəlki baş məşqçi Massimiliano Alleqri yanvarın 13-də istefaya göndərilib.