...

ABŞ səfirliyi Azərbaycanda əlilliyi olan gənclər üçün idman layihəsi təqdim edir

İdman Materials 22 Yanvar 2014 15:23 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq İdman Proqramı Təşəbbüsü "Azərbaycanda əlilliyi olan gənclər üçün idman" layihəsini təqdim edir.
ABŞ səfirliyi Azərbaycanda əlilliyi olan gənclər üçün idman layihəsi təqdim edir

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq İdman Proqramı Təşəbbüsü "Azərbaycanda əlilliyi olan gənclər üçün idman" layihəsini təqdim edir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın səfirliyinin "facebook" səhifəsində yazılıb.

Layihənin aparıcı təşkilatı olan Təlim və İnkişaf İnstitutu (ABŞ) Azərbaycandan olan 14 fiziki tərbiyə müəllimi və əlillik sahəsində çalışan mütəxəssislərin idmanın əlilliyi olan gənclər üçün adaptasiyası və təşviqi üzrə təcrübə mübadiləsi məqsədilə Birləşmiş Ştatların Massaçusets ştatına səfərini təşkil edəcək.

Səfərin davamı olaraq 6 amerikalı mütəxəssis azərbaycanlı həmkarlarına dəstək olmaq üçün Azərbaycana gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti