Azərbaycan, bakı, 6 fevral /Trend/
Voleybol üzrə qadınlar arasında CEV kuboku uğrunda yarışan sonuncu komandamız "Çelenc Raund"una uğursuz başlayıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azəryol" Polşada yerli "Bank Fakro"nun qonağı olub.
Təmsilçimiz favorit hesab olunsa da, gərgin keçən görüşdən məğlub ayrılıb. 5 setlik mübarizədən sonra Ancelo Vercessinin yetirmələri işlərini çətinə salıblar. Lakin qazanılan 2 set Bakıda az da olsa, bizə üstünlük verəcək.
Növbəti mərhələyə adlamaq üçün 3:0 və ya 3:1 hesablı qələbə lazımdır. Komandamız 3:2 üstün olarsa, qızıl set oynanılacaq.
CEV kuboku
Çelenc raund, birinci oyun
5 fevral
"Bank Fakro" - "Azəryol" 3:2 (25:20, 22:25, 22:25, 28:26, 15:13)
Cavab oyunu - Bakı
11 fevral 18:00
"Azəryol" - "Bank Fakro"