...

AFFA “Neftçi” və “Xəzər Lənkəran”ın iddialarını qəbul etmədi

İdman Materials 29 Aprel 2014 12:14 (UTC +04:00)
Qeyd edək ki, "Neftçi" Azərbaycan kubokunın yarımfinalında "Rəvan"la oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” klubu 5000 manat cərimə olunmuşdu.
AFFA “Neftçi”  və “Xəzər Lənkəran”ın iddialarını qəbul etmədi

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib.

Trend-in qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda "Neftçi" ("Neftçi" - "Rəvan" oyunundan sonra təhlükəsizliyin təmin olunmaması məsələsi) və "Xəzər Lənkəran" ("Qəbələ" - "Xəzər Lənkəran" matçında qonaq azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra İntizam Komitəsinin qəbul etdiyi qərarların qüvvəsində saxlanılmasına qərar verilib.

Qeyd edək ki, "Neftçi" Azərbaycan kubokunın yarımfinalında "Rəvan"la oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə "Neftçi" klubu 5000 manat cərimə olunmuşdu. "Xəzər Lənkəran"ın azarkeşləri isə "Qəbələ" ilə görüşdə pirotexniki vasitələrdən istifadə etdiyi üçün 1000 manat cərimə ödəməsi ilə bağlı qərar qəbul edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti