...

Bakıda atçılığın konkur növü üzrə beynəlxalq turnir keçiriləcək

İdman Materials 6 May 2014 12:15 (UTC +04:00)
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılıq idmanının konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Bakıda atçılığın konkur növü üzrə beynəlxalq turnir keçiriləcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılıq idmanının konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Atçılıq Federasiyasından (AAF) Trend-ə verilən məlumata görə, mayın 8-dən 10-dək AAF-ın təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrdən ümumilikdə 25-ə yaxın idmançının və 65-ə yaxın atın iştirakı gözlənilir.

Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 168 000 ABŞ dolları təşkil edəcək.

Yarışı izləmək istəyən tamaşaçılar üçün giriş pulsuz olacaq. Final günü dünyaca məşhur "Boney M" qrupunun konsert proqramı da keçiriləcək. Mayın 9-da, saat 20:00-da başlayacaq konsertə giriş pulsuz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti