...

"Bakılı" klubu I divizionda çıxış etmək hüququndan məhrum edilir

İdman Materials 20 May 2014 17:30 (UTC +04:00)
AFFA İntizam Komitəsi "Bakılı" klubunu sərt şəkildə cəzalandırıb.
"Bakılı" klubu I divizionda çıxış etmək hüququndan məhrum edilir

Azərbaycan, Bakı, 20 may /Trend/

AFFA İntizam Komitəsi "Bakılı" klubunu sərt şəkildə cəzalandırıb.

Trend-in məlumatına görə, komitənin qərarı ilə mayın 18-də Azərbaycan I divizionun XXX turunun "Kəpəz" - "Bakılı" matçında "Bakılı" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klub ikinci dəfə üzrlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan I divizionunda çıxış etmək hüququndan məhrum edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti