...

Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək

İdman Materials 5 İyun 2014 11:27 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Dağıstan Respublikasının Levaşi rayonunda baş tutacaq görüş Dağıstanın dövlət və ictimai xadimi Həmid Həmidovun 60 illiyi münasibətilə təşkil olunacaq.
Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

7 iyun 2014-cü il tarixdə Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Dağıstan Respublikasının Levaşi rayonunda baş tutacaq görüş Dağıstanın dövlət və ictimai xadimi Həmid Həmidovun 60 illiyi münasibətilə təşkil olunacaq.

Yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında qonşu respublikaya yığmamızın 8 üzvü yollanacaq. Görüşdə ölkəmizi Yaşar Əliyev (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Emin Əzizov (70 kq), Əşrəf Əliyev (74 kq), İbrahim Usubov (86 kq), Şərif Şərifov (97 kq) və Valera Rodriqes (125 kq) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti