...

Aqil Acalov: Alpaqut bir sıra Avropa ölkələrinin marağındadır

İdman Materials 5 İyun 2014 11:49 (UTC +04:00)
Əvvəllər Sayokan adı ilə fəaliyyət göstərən federasiya indi Alpaqut adı ilə fəaliyyətini davam etdirir.
Aqil Acalov: Alpaqut bir sıra Avropa ölkələrinin marağındadır

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Əvvəllər Sayokan adı ilə fəaliyyət göstərən federasiya indi Alpaqut adı ilə fəaliyyətini davam etdirir. Bu təşkilat indiyə qədər çoxsaylı uğurları ilə yadda qalıb. Xüsusilə türk dövlətlətlərinin cəmiyyətlərinin, idman ictimaiyyətinin bir-birinə inteqrasiyası baxımından önəmli rola malikdir.

Qurumun prezidenti Aqil Acalov müsahibəsində qarşıda duran vəzifələrdən danışdı.

-Əvvəlcə onu diqqətnizə çatdırım ki, Beynəlxalq dərəcəli idman ustasi Vasif İmran oğlu Namazov,Türk döyüş sənətlərinin pərakəndə şəkildə deyil vahid bir federasiya halında formalaşması üçün Dünya Alpaqut federasiyasını təməlini qoydu. Bu da öz növbəsidə belə demək olarsa artıq "cəkici" bir nöqtəyə vurmağmıza şərait yaranmasına səbəb oldu. Bildiyniz kimi biz əvvəllər "Sayokan" adı ilə fəaliyyət göstərirdik. Dünya Alpaqut federasiyası yaranandan sonra isə idarə heyətinin qərarı ilə adını dəyişərək Alpaqut qoyduq.Sözü gden federsiya ilə birləşdik. Tarixmizi bir qədər vərəqləsək bilərik ki biz 2008-ci ildən fəaliyyət göstəririk. Qısa müddətdə yaranmamıza baxmayaraq, 2000-ə yaxın idmançımız var. Bölgələrdə nümayəndələrimiz, filiallarımız fəaliyyət göstərir. Tovuz, Qazax, Qarabağ zonası, Bərdə, Ağdam, Ağcabədi, şimal bölgəsi, Quba, Xaçmaz, cənubda Neftçala, Salyan, Lənkəran, Bakı və Bakının rayonları, Binəqədi, Sabunçu, Bakıxanov, Nərimanov və Sumqayıt, Xırdalan şəhərlərində yerli filiallarımız və bölmələrimiz aktiv fəaliyyət göstərməkdədir.

- Perspektivdə hansı panlar var?
- Biz alpaqutçular olaraq daima müsbət amal uğunda olan planlar qurub bu yolla addımlayırıq. Əsas məqsədimiz dövlətmizin möhkəmlənməsinə xidmət eden gənclərin ətrafmızda birləşdirərək, inkişafda olan Azərbaycanmıza sağlam gənlər bəxş etməkdir. Bizim digər fedarasiyalardan ən üstün cəhətimiz vətənpərvər, milli ruhun aşılanmasına xidmət edən, tarixi bağlara bağlı olan insanlara dostluq etməkdir. Bu da o deməkdir ki, istənilən yarışlarda, keçirdiyimiz turnirlərdə uğur qazanacağmıza daima əminik.Alpaqut təkcə idman yarışları ilə içtimaiyyətin marağında deyil. Keçirdiymiz bir sıra tədbirlərin, xüsusi ilə xeyriyə aksiyalarının təşkil olunması və idarə edilməsi ilə yaddaşlarda qalırıq. Həm bu cür tədbirlərmizi, həm idman yarışlarmızı günü gündən genişləndirərək xalqızmızın xıdmətində dayanmağa çalışırıq.

- Digər dövlətlərinin uyğun təşkilatları ilə əməkdaşlıq edirsinizmi?
- Bir şeyi xüsusilə nəzərnizə çatdirim ki, Alpaqut nəinki türk dövlətlərinin, hətta bir sıra Avropa ölkələrinin marağındadır. Bu isə bizi sevindirməyə bilməz. Qardaş dövlətlərlə münasibətlərmizi daha da sıxlaşdıraraq, dünyada özmüzdən söz açdırmağa çalışırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti