...

Belarus gimnastika assosiyasının prezidenti: Milli Gimnastika Arenası möhtəşəm idman tikilisidir

İdman Materials 15 İyun 2014 20:51 (UTC +04:00)
Milli Gimnastika Arenası möhtəşəm idman tikilisidir.
Belarus gimnastika assosiyasının prezidenti: Milli Gimnastika Arenası möhtəşəm idman tikilisidir

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbirlər A.Bədəlova, E.Əliyev/

Milli Gimnastika Arenası möhtəşəm idman tikilisidir. Bunu Trend-ə bazar günü Belarus gimnastika assosiyasının prezidenti Vladimir Karpoviç bildirib.

"Biz estafeti - Avropa Çempionatının bayrağını bizim həmkarlarımızdan qəbul etməyə şadıq. Bütün təşkilatçıları bu möhtəşəm və gözəl gimnastika bayramı münasibətilə təbrik etmək istəyirəm. Minsk şəhəri növbəti Avropa Çempionatınını qəbul edəcək paytaxt olacaq. Minskə xoş gəlmişsiniz, - Karpoviş deyib.

"Təşkilatçılıq və icra olunma səviyyəsi məni heyran etdi. Arena çox unikaldır, ona görə ki bədii gimnastika üzrə yarışların keçirilməsi üçün xüsusi tikilib. Mən əminəm ki, bütün idmançılar məhz burada çıxışlardan xüsusi həzzi alırdılar. Biz gimnastların gözəl çıxışlarını və nəticələrini gördük. Bu Azərbaycanda bədii gimnastika məktəbinin inkişafı üçün yaxşı başlanğıcdır. Azərbaycan dünya qimnastik səhnəsində məşhurdur, mən sizə sonrakı müvəffəqiyyətləri arzulamaq istəyirəm. Bu çempionatda olan bu səmimilik və mehribanlıq olmasaydı, bu bayram baş tutmazdı", Karpoviç deyib.

Qeyd edək ki, Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.

Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər.

Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti