...

GAÇ-2014 ikinci gün: 1 qızıl və 1 gümüş medal (ƏLAVƏ OLUNUB)

İdman Materials 18 İyun 2014 22:08 (UTC +04:00)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
GAÇ-2014 ikinci gün: 1 qızıl və 1 gümüş medal  (ƏLAVƏ OLUNUB)

Məlumat yenilənib (ilk xəbər saat 15:48-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. Bununla da gənclərin Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsi başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 1 gümüş medal qazanıb.

66 kq çəkidə mübarizə aparan Murad Süleymanov finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Rumıniya, Yunanıstan, Belarus və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub və Avropa çempionatının gümüş medalına sahib olub.

84 kq çəki dərəcəsində Nurməhəmməd Hacıyev də finala qədər bütün rəqiblərində üstün olub. Bolqarıstan, Moldova və Ukrayna güləşçiləri üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda Gürcüstan güləşçisi ilə gərgin keçən qarşılaşmada üstün olan Nurməhəmməd Avropa çempionu adını qazanıb.

120 kq-da mübarizə aparan Oyan Nəzəriani ilk görüşündə gürcü rəqibinə uduzsa da, rəqibin finala yüksəlməsi onun təsəlliverici görüşə qatılmasına imkan verib. Almaniya təmsilçisi üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Ancaq güləşçimiz həlledici görüşdə Rusiya idmançısına uduzub və çempionatı beşinci sırada tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti