...

Elmira Qəmbərova Avropa çempionatında gümüş medal qazandı

İdman Materials 21 İyun 2014 01:00 (UTC +04:00)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Elmira Qəmbərova Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 1 gümüş medal qazanıb.

63 kq-da mübarizə aparan Elmira Qəmbərova Polşa və Çexiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda onun rəqibi Türkiyə təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin xeyrinə başa çatıb. Elmira Qəmbərova gümüş medalla kifayətlənib.

72 kq çəki dərəcəsində Səbirə Əliyeva ilk görüşündə məğlub olsa da, rəqibin finala yüksəlməsi ona medal şansı verib. Təsəlliverici görüşə qatılan güləşçimiz Belarus təmsilçisinə tam üstünlüklə qalib gəlib.

Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olub. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb və Səbirə Avropa çempionatını 5-ci yerdə tamamlayıb.

Xəbər lenti

Xəbər lenti