...

Azərbaycanın sərbəst güləşçiləri Almaniya Qran Prisində iştirak edəcəklər

İdman Materials 25 İyun 2014 11:27 (UTC +04:00)
28-29 iyun 2014-cü il tarixdə Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.
Azərbaycanın sərbəst güləşçiləri Almaniya Qran Prisində iştirak edəcəklər

Azərbaycan, Bakı, 25 iyun /Trend/

28-29 iyun 2014-cü il tarixdə Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.

Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanacaq. Heyətdə Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Həmzət Osmanov (86 kq) yer alacaq.

Komandamızın üzvləri turnirə Bolqarıstanın Belmeken şəhərində iştirak etdikləri növbəti təlim-məşq toplanışından yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti