...

Azərbaycanda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək

İdman Materials 9 İyul 2014 16:37 (UTC +04:00)
2017-ci ildə Azərbaycanda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycanda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

2017-ci ildə Azərbaycanda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək.

Trend FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov FHN DYMX-nin Bakıda təşkil etdiyi yanğın-xilasetmə idmanı üzrə Respublika birinciliyinin final mərhələsinin açılışında bildirib.

F.Əsədov qeyd edib ki, Azərbaycan 2002-ci ildən 25 ölkənin federasiyalarını birləşdirən Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının üzvüdür və bu müddətdə respublikamızda 100-dən çox idman ustası və ustalığa namizəd yetişdirilib: "Bu idman növü üzrə dünya çempionatı da 2017-ci ildə Azərbaycanda keçiriləcək. Cari ilin sentyabr ayında Qazaxıstanda keçiriləcək dünya çempionatında FHN DYMX-dən də hakim iştirak edəcək. Hazırda ölkəmizdə bu idman növü üzrə iki beynəlxalq dərəcəli hakim var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti