Azərbaycan, Bakı, 25 iyul /Trend/
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulub.
Trend-in məlumatına görə, Azərbaycan kubokunun qalibi "Neftçi" də bu gün səfərdə Sloveniyanın "Koper" klubu ilə qarşılaşıb.
İlk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" səfərdə 2 topla qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Qollar: Mirhüseyn Seyidov, 21 (0:1), Karlos Kardozo, 84 (0:2)
"Neftçi"nin növbətə mərhələdə rəqibi Gürcüstanın "Çixura" komandası olacaq.