...

Azərbaycanlı çapar Danimarkada beynəlxalq turnirin qalibi olub

İdman Materials 9 Avqust 2014 14:14 (UTC +04:00)
Danimarkada CSİ-1* kateqoriyalı “Riders Cup” beynəlxalq turnirinə start verilib.
Azərbaycanlı çapar Danimarkada beynəlxalq turnirin qalibi olub

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Danimarkada CSİ-1* kateqoriyalı "Riders Cup" beynəlxalq turnirinə start verilib.

Trend-in məlumatına görə, yarışın ilk günündə çaparlar 140 sm-lik maneələrə qarşı mübarizə aparıblar.

Turnirdə "Carvin" ləqəbi atla çıxış edən milli komandamızın üzvü Andre Şröder bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. İkinci pilləni "Adam L" ləqəbli atla yerli idmançı Martin Neergaard tutub. "Rolex" ləqəbli atla isveçli Sofia Kroon üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti