...

"Dinamo" və "Spartak" Ələkbər Məmmədovun xatirəsini andı

İdman Materials 10 Avqust 2014 17:00 (UTC +04:00)
Futbol üzrə Rusiya çempionatının ikinci turunun "Dinamo"-"Spartak" oyunu Ələkbər Məmmədovun xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
"Dinamo" və "Spartak" Ələkbər Məmmədovun xatirəsini andı

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Futbol üzrə Rusiya çempionatının ikinci turunun "Dinamo"-"Spartak" oyunu Ələkbər Məmmədovun xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Bu barədə Trend R-Sporta istinadən xəbər yayıb.

İyulun sonunda 85 yaşında dünyasını dəyişən Azərbaycanın məşhur futbolçusu vaxtilə "Dinamo"nun da şərəfini qoruyub.

Hücumçu ampluasında çıxış etmiş Ələkbər Məmmədov bakının "Spartak" klubunun yetirməsi olub. "Dinamo"da 1954-cü ilin aprelində debüt edib və bu komandanın tərkibində dörd dəfə - 1954, 1955, 1957 və 1959-cu illərdə SSRİ çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti