Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Avqustun 31-i Belçikada CSİ-2* kateqoriyalı beynəlxalq "Opglabbeek" turnirinə yekun vurulub.
Azərbaycan Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, üçgünlük yarışda ölkəmizi milli komandanın üzvü Patrik Mk Entee təmsil edib.
Yarışın ilk günü idmançımız "April Marais Mury Z" ləqəbli atla üçüncü olub. Beynəlxaq turnirin ikinci günündə də eyni atla çıxış edən Patrik Mk Entee bu dəfə yarışı lider kimi başa vurub.
Təmsilçimiz bu uğurun davamını yarışın üçüncü günü, Qrand-pri mərhələsində də təkrarlamağı bacarıb. Nəticədə Patrik Mk Entee "Opglabbeek" turnirinin qalibi olub. Təmsilçimiz eyni zamanda 1,35 sm hündürlüyü olan maneələrə qarşı yarışlarda da iştrak edib. Mk Entee "Alice" ləqəbli atla bu yarışın üçüncüsü olub.