Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
"Neftçi" futbol klubu Elnur Allahverdiyevin adını sifariş vərəqəsinə daxil edib.
Trend-in klubun saytına istnadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Müdafiəçi "Neftçi"nin heyətində 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı E.Allahverdiyev "Ədliyyə", "Şəfa", MOİK, "Neftçi" (hamısı Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Xəzər Lənkəran" və "Qəbələ" klublarında oynayıb.