...

Ronaldo Benzemanı təriflədi

İdman Materials 6 Oktyabr 2014 13:15 (UTC +04:00)
Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo İspaniya çempionatının VII turu çərçivəsində "Atletik"lə oyundan (5:0) sonra komanda yoldaşı Kərim Benzemanın ünvanına tərif yağdırıb.
Ronaldo Benzemanı təriflədi

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo İspaniya çempionatının VII turu çərçivəsində "Atletik"lə oyundan (5:0) sonra komanda yoldaşı Kərim Benzemanın ünvanına tərif yağdırıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ronaldo Benzamını İspaniya çempionatının ən yaxşı hücumçusu adlandırıb: "Kərimə görə şadam. O, İspaniya çempionatının ən yaxşı hücumçusudur. Kərimin ünvanına söylənilən tənqidlər futbolçunun həyatının bir hissəsidir və biz belə şeylərdən yüksəkdə olmalıyıq. Birlikdə oynamağı xoşalıyırıq".

Qeyd edək ki, hesabat turunda K.Ronaldo het-trik, K.Benzema isə dubl edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti